Domino — onlayn Domino 101

Domino 28 daşla oynanan klassik oyundur, Azərbaycanda ən çox «101» variantı sevilir. Pandam-da 2 nəfərlik və 4 nəfərlik (cüt-cüt) masalar var — istədiyin masaya oturub dərhal oynaya bilərsən.

Hər oyunçuya daşlar paylanır. Növbə ilə masadakı zəncirin ucuna uyğun daş qoyulur, uyğun daş yoxdursa, bazardan götürülür. Daşlarını birinci qurtaran raundu bitirir və xallar hesablanır. Xalı birinci 101-ə çatdıran tərəf qalib gəlir.

Domino həm sakit oyunu sevənlər, həm də komanda ilə oynamaq istəyənlər üçündür.

Qısa qaydalar

Oyna: Domino

Digər oyunlar